“Böyük yeddilik” ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) Rusiya neftinin bir bareli üçün son hədd qiymətinin 60 dollar səviyyəsində müzakirə etməyə “çox yaxındır”.
Bu, qiymət həddini bazar qiymətindən 5 faiz aşağı saxlamağa imkan verəcək. G7 ölkələri yaxın günlərdə, ən geci dekabrın 5-i bazar ertəsi günü tavan qiymət barədə razılığa gəlməlidirlər. .
Bir barel üçün 60 dollar limiti isə imkan verir ki, Rusiya neftinin qiyməti beynəlxalq etalon olan Brent markalı neftin qiymətindən xeyli aşağı səviyyədə olsun. Brent markalı neftin bir barrelinoin qiyməti hazırda 87 dollar ətrafında dəyişir.