Azərbaycanın taxıl ehtiyatı açıqlanıb

14:13 - 1 Dekabr 2022 - İQTİSADİYYAT

"Hazırda ümumi bazarda 4 aylıq taxıl ehtiyatı var".

Ucnoqta.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib. Əzimovun sözlərinə görə, taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görülür:

"Bunlar həm normativ tədbirlərdir, həm də növbəti addım kimi ərzaqlıq buğdanın dövlət ehtiyatı fonduna tədarükü istiqamətində iri taxıl tədarükçüləri ilə müqavilələr bağlanıb", - deyə sədr müavini bildirib.

Xəbər xətti