Sumqayıtda 46 yaşlı kişi qətlə yetirilib

11:12 - 30 Noyabr 2022 - HADİSƏ

Noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Xəbər xətti