Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda İranla ABŞ yığma komandaları qarşılaşıb. İranın (0:1) sahədən məğlub ayrılmasından sonra bu ölkənin millisinin azarkeşləri arasında münaqişə başlayıb.
Ucnoqta.az xəbər verir ki, İranda iqtidarı dəstəkləyən azarkeşlər hazırkı hakimiyyətinə qarşı çıxanlara hücum ediblər.
Bundan əvvəl İran hakimiyyətinin azarkeş adı altında komandanı dəstəkləmək üçün Qətərə qruplar göndərdiyi bildirilirdi. Bununla belə, bir çox iranlı azarkeş ölkənin himnini və bayrağını etirazla qarşılayıb.
Pünhan
Matçdan sonra azarkeş qrupları stadionda bir araya gəlib. Onlardan bəziləri arasında dava düşüb və polislər davanın qarşısı alınıb.
Tarix
30 Noyabr 2022 [11:03]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin