Sahibkarlara 105 milyon manatdan çox güzəştli kredit ayrılıb

17:20 - 28 Noyabr 2022 - İQTİSADİYYAT

Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı keçib.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit ayrılıb", - nazir yazıb.

M.Cabbarovun sözlərinə görə, güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Xəbər xətti