Tesla 80 mindən çox avtomobili geri çağıracaq

21:08 - 25 Noyabr 2022 - AVTO

Elektrik avtomobil istehsalçısı Tesla, Çin bazarında, nasazlıqlara görə 80 mindən çox avtomobili geri çağıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Çin Bazarın Tənzimlənməsi üzrə Baş Dövlət Administrasiyasına istinadən ölkə mətbuatı məlumat yayıb.

Tesla, yol-nəqliyyat hadisəsinə səbəb ola biləcək proqram təminatı problemləri səbəbindən təxminən 67 700 Model S və Model X elektrik avtomobilini geri çağıracaq. Bundan əlavə, təhlükəsizlik kəmərinin bağlanmasında yaranan problemlərə görə təxminən 12,9 min Model 3 elektromobil geri çağırılacaq.

Bundan əvvəl Tesla ön sərnişin hava yastığının düzgün açılmamasına səbəb ola biləcək qüsura görə ABŞ-da təxminən 30 000 Model X avtomobilini geri çağırmaq qərarını bəyan etmişdi.

Xəbər xətti