"Hamı repetitor yanına gedirsə, ..." - Nazir

17:33 - 25 Noyabr 2022 - Cəmiyyət

"Repetitorluq dünyanın hər yerində var, irəli sistemli təhsili olan ölkələrdə də var"

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, valideyn uşağına əlavə saat alırsa, bunu edə bilər: 
"Repetitorluq imtahan sistemimizlə bağlıdır. Çünki bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repretitor yanına gedir. Bir tərəfdən də deyilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmanın səbəbi də repetitordu. Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir? Bu, ziddiyyətli məsələdir. Demək ki, zəif uşağa repetitor da kömək edə bilmir”.

Xəbər xətti