"Bir il müddətində Nəcibə Axundovanın fəaliyyəti nəzarətdə saxlanılacaq"
Ucnoqta.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
Nazir səs yazısı yayılan direktorla bağlı qeyd edib ki, bir il müddətində Nəcibə Axundovanın fəaliyyəti nəzarətdə saxlanılacaq:
“Direktorla bağlı narazılıq hər zaman olub və olacaq. İstəyərik ki, Nəcibə Axundova budəfəki fəaliyyəti ilə öz nüfuzunu yenidən qaldırsın. Həmin direktorla söhbət aparılıb. Daha kiçik məktəbdə həmin xanıma ikinci bir şans verdik. Ümid edirik ki, bu qərara hörmətlə yanaşacağıq. Araşdırma zamanı məlum olub ki, birbaşa onunla bağlı olmayıb. Yenidən direktor təyin edərək ona ikinci şans verdik”.