Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb.
Ucnoqta.az xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcək.
“Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq. Kifayət qədər müəllimlərimiz var ki, həmin məktəblərdə işləməyə hazırdırlar”, - deyə E.Əmrullayev əlavə edib.