Sertifikasiya prosesi direktorların işə qəbulu ilə əlaqələndiriləcək - Nazir

15:37 - 25 Noyabr 2022 - Cəmiyyət

Gələcək illərdə sertifikasiya prosesi direktorların işə qəbulu ilə əlaqələndiriləcək.

Ucnoqta.az xəbər verir ki, bunu bu gün təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

O qeyd edib ki, əlavə alan direktorların hazırda dərs saatları ilə birgə maaşları 2000-2500 manat ətrafındadır.

“Bu, bizə daha istedadlı şəxslər arasından direktor seçməyə imkan verir. Direktorların maaşları 58 faizə yaxın artıb", - deyə nazir əlavə edib.

Xəbər xətti