"Dərman vasitələri ölkəmizdə Türkiyədən 3 dəfə bahadır" - Deputat

12:35 - 25 Noyabr 2022 - Xəbər

"Dərman vasitələri ölkəmizdə Türkiyədən 3 dəfə bahadır. Kiminsə mənfəət qazanması hesabına onkoloji xəstələr əziyyət çəkir".

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, ərzaq məhsullarının qiyməti 60% bahalaşıb: 

"Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşamında bu, özünü hiss elətdirmir"

Fazil Mustafanın sözlərinə görə, rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır: “10 min nəfər işçisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır. Özəlləşmə qiymətlərini aşağı salmaq lazımdır ki, iqtisadi həyat canlansın. ”. 

Xəbər xətti