Gənclər və idman naziri Fərid Qayıbov işə ictimai nəqliyyatla gedib.
Ucnoqta.az xəbər verir ki, işə piyada gedən nazir sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşularaq işə ictimai nəqliyyatla piyada gedib.
F.Qayıbov bunun sağlam həyat tərzi və ətraf mühitin qorunması üçün faydalı olduğunu qeyd edərək hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.