“WhatsApp”da daha bir yeni FUNKSİYA

20:30 - 24 Noyabr 2022 - DİGƏR

“WhatsApp” sosial platforması daha bir yeni funksiyasını təqdim edib.

Artıq tətbiqin yan panelində zəng tarixçəsi üçün xüsusi bölmə olacaq. Bununla zəng keçmişinizə asanlıqla baxa bilərsiniz.

Qeyd edək ki, bundan əvvəl tətbiqin yan panelində söhbət siyahısı, status yeniləmələri və parametrlər bölmələri var idi. İndi isə daha biri əlavə olundu.

Bu yenilik “WhatsApp”ın beta versiyası üçün əlçatan olacaq. Bunun üçün də zəng tarixçəsi mobil cihazınızda dərhal sinxronlaşdırılmaya bilər. Onun aktiv olunması bir az vaxt tələb edir.

Onu da xatırladaq ki, bir müddət əvvəl “WhatsApp” platforması fərdi və qrup söhbətlərində sorğular yaratmaq imkanını təqdim etmişdi.///lent.az


Xəbər xətti