Kamran Əliyevdən işgəncə iddiaları ilə bağlı açıqlama

Baş prokuror Kamran Əliyev saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddialara münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, Baş prokuror Elmi Məsləhət Şurasının iclasında bildirib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir.

"Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanıldığı və istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır", - Baş prokuror qeyd edib.

 

Tarix
24 Noyabr 2022 [17:22]
Müəllif
Üç nöqtə
2022-11-24 17:22:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin