Qarabağ qazisi olan jurnalist vəfat edib

14:38 - 24 Noyabr 2022 - HADİSƏ

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.

Bu barədə Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

Döyüşçü-jurnalist Xəqani Rzaquliyev Bayraq Günü — 9 noyabr 1963 -cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində dünyaya göz açıb.

1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib.

Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və «Vətən Müharibəsi» adının seçilməsi təklifi onun adıyla bağlıdır.

Xaqani bəy 12 mart 1992-ci ildə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

Allah rəhmət eləsin!

Xəbər xətti