Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə VƏFAT ETDİ - FOTO

13:40 - 24 Noyabr 2022 - HADİSƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov 70 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, Ənvər İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən "report"a verilən məlumata görə, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib.

Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.


Xəbər xətti