Bakıda ata 2 yaşlı oğlunu bıçaqladı (Yenilənib)

Bakıda qayınanasına və 2 yaşlı oğluna xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.


09:43

Səbail rayonunda ata 2 yaşlı oğlunu bıçaqlayıb.

Bu barədə Ucnoqta.az-a DİN Mətbuat xidmətindən bildirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 1990-cı il təvəllüdlü ata saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir.

Tarix
24 Noyabr 2022 [10:01]
Müəllif
Üç nöqtə
2022-11-24 10:01:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin