DTX-nin Naxçıvanda saxladığı şəxslər Bakıya gətirildi

09:00 - 24 Noyabr 2022 - Xəbər

DTX Naxçıvan MR Dövlət Gömrük Komitəsində geniş miqyaslı əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, Naxçıvandakı etibarlı mənbələrdən Ovqat.com-a verilən məlumata görə, əməliyyat həm MR DGK-nin mərkəzi ofisində, həm də Şahtaxtı və Sədərək gömrük postunda aparılıb.

Xeyli sayda həbs olunan var. Onların dindirilmək üçün Bakıya aparıldığı bildirilir.

 

Xəbər xətti