İran səfiri Azərbaycan XİN-in mətbuat katibi ilə görüşüb     
                    
                     
                    
                        
                                         
             
            00:48  -  24 Noyabr   2022 -  SİYASƏT
                    
                    
                                                                  
                                                  
                            
                            İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-in mətbuat xidmətinin rəisi Ayxan Hacızadə ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran səfiri Tvitterdə yazıb.
Səfir görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunduğunu bildirib. Tərəflər iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsinin vacibliyini qeyd ediblər.