Paşinyan KTMT-nin bəyannaməsini imzalamaqdan imtina etdi

23:24 - 23 Noyabr 2022 - DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.

Ucnoqta.az xəbər verir ki, Paşinyan KTMT-nin Ermənistana yardım bəyannaməsini düzəliş edilmədən imzalamaqdan imtina edib.

O, sammitdə bəyan edib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı təqdim edilmiş bəyanat kifayət qədər dəqiq işlənib hazırlanmayıb və bu səbəbdən onu bu formada imzalamağa hazır deyil.

Xəbər xətti