Bakının bu rayonunda su kəsiləcək

17:28 - 23 Noyabr 2022 - Cəmiyyət

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ucnoqta.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Xəbər xətti