Hərracda 33 avtomobil satılıb

13:51 - 23 Noyabr 2022 - AVTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 22-də keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.

Ucnoqta.az xəbər verir ki, hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub. Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd "Hyundai İX-35" markalı avtomobilin ilkin toplam satış qiyməti 160.750 manat olsa da, edilən ən son təklif 182.000 manata yüksəlib.

Məlumat üçün bildirir ki, bu ay üzrə növbəti hərraclar 29 və 30 noyabr tarixlərində keçiriləcək. Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və 24 nəqliyyat vasitəsi çıxarılıb.

 

Xəbər xətti