Xəzər dənizinə çirkab suları axıdılır

15:26 - 23 Noyabr 2022 - Cəmiyyət

"Ermənistandan iki çay gəlir və onlar da Araza qovuşur. Araz Kürlə qovuşur və indi hər iki çayda da su azalıb. Müstəqilik əldə etdikdən sonra bir çox şəxslər şəxsi mülkiyyət kimi  yeni su bəndləri yaradıb balıq yetişdirirdilər. Ona görə də su azalır. Bundan başqa Dağıstan da bizimlə qonşudur və monitorinq aparmaq lazımdır ki, görək bu tullantı haradan gəlir. Baxmayaraq ki, hökumət 10 ildən çoxdur ki,  monitorinq aparmağa vəsait ayırır, indiyədək heç bir monitorinqin nəticəsi yoxdur. Hamısı sıfıra bərabərdir".

Ucnoqta.az xəbər verir ki, bunu Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyir. Kanalizasiya sularının Xəzərə axıdılmasının qarşısının alınmasına gəldikdə isə  ekoloq  bu problemin həll olunmadığını deyir: 

“Milli parkdakı estakadada olarkən asanlıqla üfunət iyinin yayıldığını anlamaq olur. Yalandan hesabat yayırlar ki, təmizlənir. Sabiq nazir Hüseyn Bağırovun rəhbərliyi ilə təmizlənirdi.  7-8 kanalizasiya sularını birləşdirmişdilər aparırdı Hövsandakı təmizləyici anbara, orada təmizlənirdi. Qalan hamısı dənizə axıdılır. Belə ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıldı. Hesab edirəm ki, cərimə metodları ilə yanaşı, müvafiq orqanların nəzarəti də gücləndirilməlidir. Xəzər hər birimizin sərvətidir və hər kəs onun təmiz saxlanması üçün məsuliyyət daşıyır. Xəzərdə balıqların azaldılmasının əsas səbəbi dənizə çirkab suların axıdılmasıdır ki, ikinci səbəb biomüxtəlifliyin məhv edilməsidir".

Xəbər xətti