Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son vaxtlar avtomobil yollarında sürücülərin lüzumsuz səs siqnallarından istifadəsi ilə bağlı xəbərdarlıq edib.
Ucnoqta.az İTV-yə istinadən xəbər verir ki, onlar İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat cərimə oluna bilərlər.
Bununla bağlı BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli İTV-yə açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında Qanunvericiliy"in tələbləri çərçivəsində səs siqnalları şəhər mühitində yalnız baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün istifadə oluna bilər.
"Əks təqdirdə bu özü də inzibati-xəta tərkibi yaradan məsuliyyət formalaşdırır".
///day.az