Samara-Bakı istiqamətində əlavə reys açılır

20:15 - 22 Noyabr 2022 - Cəmiyyət

Rusiyanın “Utair” aviaşirkəti noyabr ayından Samara-Bakı istiqamətində əlavə reys açır

Ucnoqta.az xəbər verir ki, aviareys hər çərşənbə axşamı yerinə yetiriləcək.

Cümə axşamı və bazar günləri də uçuşlar qrafikə uyğun olaraq qalır.

Samaradan Bakıya gediş saat 13:40-da, dönüş isə - saat 17:05-də həyata keçiriləcək. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edir.

Qeyd olunub ki, aviaşirkət Moskva-Bakı, Qroznı-Bakı, Samara-Bakı, Ufa-Bakı, Sankt-Peterburq-Bakı, Tümen-Bakı, Surqut-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətlərində reyslər təşkil edir.

Xəbər xətti