Xarici ticarətin müsbət saldosu 3 dəfədən çox artıb

13:05 - 17 Noyabr 2022 - İQTİSADİYYAT

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 46 299.01 mln. ABŞ dolları təşkil edib.

Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 20 116.31 mln. dollar və ya 76,8 faiz çoxdur.

Cari ilin 10 ayında ixrac əməliyyatları 34 711.43 mln. dollar olub ki, bu da 2021-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 17 862.52 mln. dollar və ya 2 dəfədən çoxdur. Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri 11 587.58 mln. dollar olub ki, bu da bir il öncəki göstəricidən 1 948.83 mln. dollar və ya 24,1 faiz çoxdur.

Nəticədə ölkənin xarici ticarətində 23 123.85 mln. dollar məbləğində müsbət saldo yaranıb. İllik ifadədə xarici ticarət üzrə müsbət saldo 3 dəfədən çox artıb.

 

Xəbər xətti