Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi: idxal ixraçdan 3 dəfə çoxdur

12:07 - 16 Noyabr 2022 - İQTİSADİYYAT

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Avropa ölkələri ilə ticarət dövriyyəsi 18,33 milyard dolları ötüb və bu ölkələrin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 52,2 faiz təşkil edib.

Ucnoqta.az xəbər verir ki, nəzərdə tutulan dövrdə Fransaya ixrac etdiyimiz məhsulun həcmi  təqribən 48 milyon (47. 715,54 min dollar) dollar təşkil edib.

Fransanın ixracatda payı cəmi 0,18 faiz olub. Yanvar-avqustda Fransadan təqribən 153 milyon (152 778,97 min dollar) dollar dəyərində məhsul idxal etmişik. Bu, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 1,72 faizini təşkil edir.

Rəqəmlərdən göründüyü kimi Fransa xarici ticarət dövriyəmizdə İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, Ukrayna, Gürcüstanla müqayisədə zəif mövqeyə malikdir. Bu ölkəyə az məhsul göndərib, 3 dəfədən çox məhsul alırıq, mənfi saldo isə 105 milyon, 63 min, 540 dollardır.

Pünhan

Xəbər xətti