Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

11:39 - 16 Noyabr 2022 - İQTİSADİYYAT

Azərbaycanın yanvar- sentyabr aylarında xarici ticarət dövriyyəsi 41,2 milyard dollar təşkil edib.

Ucnoqta.az xəbər verir ki, nəzərdə tutulan dövrdə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artaraq 2,538 milyard dollar təşkil edib. Yanvar-sentyabr aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 627.5  milyon dollar , Rusiyadan mal idxalı isə 1,91 milyard dollar təşkil edib.

Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Bu dövrdə Rusiya ilə ticarət əməliyyatlarının payı ümumi xarici ticarət dövriyyəsinin 6,4 faizini təşkil edib. Türkiyənin payı 11 faiz, Italiyanin payı isə 37 faizdir.

Pünhan

Xəbər xətti