“WhatsApp”dan yeni funksiya

16:21 - 11 Noyabr 2022 - DİGƏR

"WhatsApp" onlayn mesajlaşma platforması yeni funksiyanı təqdim etməyi planlaşdırır.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, bu gələcək funksiya artıq bəzi mübahisələrə səbəb olub. Belə ki, yeniliyə əsasən, edilən əməliyyatı geri qaytarmaq mümkün olacaq.
Yaxınlarda məlum olmuşdu ki, platforma "mesajların redaktəsi" funksiyası üzərində işləyir.

Bundan əlavə, mesajlaşma proqramında, hər kəsin bildiyi kimi, mesajları silmək funksiyası var. Bu funksiya "Hər kəs üçün sil" və ya "Mənim üçün sil" seçimlərindən ibarət olmaqla mesajları müəyyən müddət ərzində silməyə imkan verir.

İndi ortaya çıxan yeni funksiya isə bu silinən mesajların geri qaytarıla bilməsini nəzərdə tutur.

"WhatsApp" əməliyyatı geri qaytarmağa imkan verən düymə üzərində işləyir. Məsələn, bir mesajı səhvən silsəniz, bu düymə sayəsində mesajlaşmanı geri qaytara biləcəksiniz.

Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində "Mesaj silindi" sözləri ilə bildiriş görünür.

Bu bildirişin yan tərəfində isə əməliyyatı geri qaytarmağa imkan verən "Geri al" düyməsini görə bilərsiniz. Bunun "Gmail"dəki geri qaytarma funksiyasına bənzədiyi qeyd edilir.

Yeni funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Ancaq "Geri al" düyməsinin "Hər kəs üçün sil" funksiyası ilə silinmiş mesajlara təsirli olub-olmayacağı məlum deyil.

Xəbər xətti