“Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 0,23% azalaraq, 1 barelə görə 95,14 dollar təşkil edib.
Ucnoqta.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,36% azalaraq, 88,59 dollara bərabər olub.