Dünya birjalarında "Brent" markalı neftin bir barelinin qiyməti oktyabrın əvvəlindən bəri ilk dəfə 98 dollar həddini keçib.
Ucnoqta.az xəbər verir ki, Londonun "ICE Futures" birjasında neftin yanvar fyuçersləri 98,1 dollar ətrafında alınıb satılır. Ötən günlə müqayisədə qiymətlərdə 3,52 faiz artım qeydə alınıb.
Eyni zamanda, WTI markalı neftin dekabr fyuçersləri 4,16 faiz bahalaşaraq 91,84 dollara çatıb.