Rusiya faktiki olaraq taxıl daşınmasında iştitak edən 218 gəminin hərəkətini bloklayıb.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, gəmilərin 95-i yüklənib və Ukrayna limanlarını tərk edib. Lakin İstanbuldakı Vahid Koordinasiya Mərkəzi gəmilərin təhlükəsiz koridorla hərəkətinə və yoxlanılmasına icazə verməyib. 95 gəmi yüklənib və Ukrayna limanlarından çıxıb. Onlar təyinat nöqtəsinə getmək üçün təftiş olunmaqlarını gözləyirlər. 101 gəmi Ukrayna sularına giriş, yüklənmiş 22 gəmi isə Ukrayna limanlarından çıxış üçün icazə gözləyir. Ümumilikdə 218 gəmi yerləşdiyi koordinatda faktiki olaraq bloklanıb.