Dollara tələb artdı - HƏRRAC

14:33 - 25 Oktyabr 2022 - İQTİSADİYYAT

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə bu gün növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az xəbər verir ki, hərracda tələb 67,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 20 oktyabrda keçirilən hərracda tələb 53,2 milyon dollar olub. 

Xəbər xətti