Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) VI Qurultayı keçirilib.
Ucnoqta.az xəbər verir ki, qurultay nümayəndələri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər. Təklif səsə qoyulub və Qüdrət Həsənquliyev yekdilliklə növbəti dəfə BAXCP-nın sədri seçilib.