İran deputatından sərsəm AÇIQLAMA: “Araz əməliyyatı ...”

14:17 - 22 Oktyabr 2022 - Xəbər

İran parlamentinin üzvü bir neçə gün öncə SEPAH-ın Quru Qoşunlarının Araz çayı ərazisində keçirdiyi hərbi təlimi sionistlərin Azərbaycan və Orta Asiyada təsiri və İslam Respublikasına qarşı bəzi konspirativ planlar hazırlamasına qətiyyətli cavab adlandırıb. 
 
Ucnoqta.az xəbər verir ki, Məhəmməd Səfayi İRNA-ya müsahibəsində deyib: “Bu hərbi təlim İslam Respublikasının gücünü nümayiş etdirdi”. 

Sözügedən təlimin keçirilməsinə səbəbin "sionistlərin Azərbaycanda olması və İslam Respublikasına qarşı bəzi təxribatlar planlaşdırması" olduğunu iddia edən iranlı deputat əlavə edib: “Sionistlər bu yolla İslam Respublikasının Mərkəzi Asiyada təsirini zəiflətməyə çalışırlar, lakin heç vaxt buna nail ola bilməyəcəklər”. 

Xəbər xətti