Şahin Bağırov polkovniki işdən çıxardı - Foto

14:46 - 22 Oktyabr 2022 - Cəmiyyət

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizasının rəisi, gömrük xidməti polkovniki Təyyar Tapdıq oğlu İbrahimov vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, T.İbrahimov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur.


Xəbər xətti