Telefonun dinamikini necə təmizləmək olar?

12:13 - 22 Oktyabr 2022 - DİGƏR

Vaxt keçdikcə telefonun dinamiki toz və kirlə tıxanır. Bu da səslərin zəifləməsinə gətirib çıxarır. Bəs, ev şəraitində smartfonun dinamikini necə təmizləmək olar?

Ucnoqta.az xəbər verir ki, əvvəlcə, tüklü başlığı olan adi tozsoranla oradakı tozu çəkin, sonra incə tüklü diş fırçası ilə təmizləyin.

Daha sonra dinamik pambıq çubuqdan istifadə edərək spirtlə silinməlidir. Çubuğu spirtlə yüngülcə isladın, yumşaq bir şəkildə silməyə diqqət edin. Sonda 3 dəqiqə ərzində qurudun.

Xəbər xətti