Bakıda 63 ilin maşını 220 minə satılır - FOTO

19:59 - 21 Oktyabr 2022 - AVTO

Bakıda baha qiymətə retro avtomobil satılır.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdəki elan səhifələrindən birində məlumat paylaşılıb. Bildirilir ki, 1959-cu ildə istehsal olunan “QAZ-21” markalı avtomobil satışa qoyulub.

Mühərrikinin həcmi 4.0 olan avtomobilin at gücü 200, yürüşü 100 min kilometrdir.

Avtomobil 220 min manata nömrəsiz satılır.


Xəbər xətti