Sahibkarlara 70,4 mln. manat faiz subsidiyası veriləcək

11:44 - 21 Oktyabr 2022 - İQTİSADİYYAT

1 oktyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar kredit qalığı 858,4 mln. manat olan 5.035 müraciətə baxılaraq 70,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twtitter" hesabında məlumat verib.

O əlavə edib ki, artıq 5009 kredit üzrə sahibkarlara 66,6 mln. manat faiz subsidiyası ödənilib.

Xəbər xətti