Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şuşada keçirilən görüşünün rəsmi hissəsi başa çatıb.
Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür mətnini oxuyub. Sonda isə Özbəkistan müftisi Nuriddin Xoliknazarov dualar oxuyaraq türk dövlətlərinin və İslam dünyasının birliyini arzulayıb.///Apa
12:37
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Şuşa görüşü keçirilir.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, TDT Baş katibi Bağdad Amreyev, Türkiyə diyanət işləri başqanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev, elm, din, siyasi və ictimai xadimlər iştirak edirlər.
Görüşdə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin ilk birgə bəyanatı imzalanıb.///Apa