Azərbaycanın Misirdəki səfiri Tural Rzayev geri çağırılıb

15:12 - 17 Oktyabr 2022 - Xəbər

Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bununla Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xəbər xətti