Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib.
Ucnoqta.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində qeyd edib: "Bu kreditlər hesabına 2.100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. Güzəştli kreditlərin 68,8%-i #aqrarsektor-un, 31,2%-i #sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür".