Lənkəranın baş memarı həbs olunub

Lənkəran Rayon İcra Hakimiyyətinin baş memarı Elgün Abdullayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən Elgün Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı Memarlıq və tikinti şöbəsinin müdiri müdiri-baş memar Elgün Abdullayev saxlanılıb.

Elgün Abdullayev Cinayət Məcəlləsinin 308 ( vəzifə səlahiyyətlərindən sui istifadə) və digər maddələrlə ittiham olunur.

Tarix
6 Oktyabr 2022 [18:16]
Müəllif
Üç nöqtə
2022-10-06 18:16:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin