BNA-dan milyonlar alan yunanlar Bakının nəqliyyat problemini niyə həll etmədi? - EKSPERT

15:29 - 6 Oktyabr 2022 - Cəmiyyət

"Təxminən 3-4 il əvvəl Bakı Nəqliyyat Agentliyi Yunanıstandan nəqliyyat mütəxəssisləri adı altında böyük bir qrupu Bakıya gətirmişdi. Bildiyim qədəriylə onlara bir neçə milyon qonarar verdilər ki, guya yunanlar Bakıda nəqliyyat problemini həll edəcək".

Ucnoqta.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Ekspertin sözlərinə görə, Panos adlı bir yunan bir dəfə 10 bəndlik təkliflə gəmişdi Bakı şəhər DYP İdarəsinin o vaxtkı rəisi polkovnik Nüşrəvan Səfərovun yanına:

"Nüşrəvan müəllim siyahıya baxan kimi dərhal 7 təklifin üstündən xətt çəkib demişdi ki, bunlar lazım deyil. Ardınca da fikirlərini əsaslandırmışdı ki, niyə lazım deyil. Panos cənabları rəisdən küsüb getmişdi. 3 gündən sonra isə qayıdıb gəlib demişdi ki, bəli cənab rəis, siz haqlısınız. O layihələr lazım deyildi. Elməddin Muradlı qeyd edir ki, deməyim odur ki, o vaxt yunanlara o boyda pul niyə verilmişdi və onun hansı faydası oldu? Arada efirlərə də çıxıb boş-boş danışırdılar".

Xəbər xətti