Tərtərdə iki nəfər minaya düşüb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində, "Üçüncü sovxoz" adlanan ərazisində baş verib.
Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.