Dünyada neftin qiyməti ucuzlaşıb
Ucnoqta.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 1,86% azalaraq, 1 barelə görə 85,56 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,83% azalaraq, 79,74 dollar təşkil edib.