Canni de Byazinin Azərbaycan millisi ilə müqaviləsi bitdi     
                    
                     
                    
                        
                                         
             
            00:31  -  1 Oktyabr   2022 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycan futbol millisinin italiyalı çalışdırıcısı Canni de Byazinin müqaviləsinin müddəti bitib.
Ucnoqta.az xəbər verir ki, onun müqaviləsi sentyabrın 30-da bitib. AFFA de Byazi ilə bağlı yekun qərarını hələ verməyib.
Bu səbəbdən milli bir müddət baş məşqçisiz qalacaq.
İtaliyalı 2020-ci ilin iyulundan millimizi çalışdırır. Bu müddətdə komanda 28 matça çıxaraq 5 qələbə, 7 heç-heçə və 16 məğlubiyyəti olub.