Azərbaycan nefti bahalaşıb

14:29 - 30 Sentyabr 2022 - İQTİSADİYYAT

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 92,85 dollar/barel təşkil edib

Ucnoqta.az xəbər verir ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 91,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,83 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 89,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,52 dollar/barel çoxdur.

Xəbər xətti