İndiyədək 40 mindən çox vətəndaş ipoteka kreditlərindən faydalanıb

13:36 - 29 Sentyabr 2022 - İQTİSADİYYAT

İndiyədək 40 min 438 vətəndaş ipoteka kreditlərindən faydalanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun ipoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev deyib.

O qeyd edib ki, bu, 50 regionu əhatə edir. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 285 milyon 670 min 367 manatdır. Bu kreditlərin təxminən 33 faizi güzəştli kateqoriyalar aid şəxslərə, 69 faizi gənc və gənc ailələrə, 22 faizi isə regionlarda verilib.

Xəbər xətti