Həbsdə olan keçmiş milli təhlükəsizlik naziri azadlığa buraxıldı

22:31 - 27 Sentyabr 2022 - Xəbər

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə Vəli Ələsgərovun cəzasını 6 il 9 ay 20 günə endirib. Həmin müddət də başa çatıb.

Vəkil qeyd edib ki, hazırda Naxçıvanda cəzacəkmə müəssisəsində olsa da hələ ki, müvəkkili azadlığa buraxılmayıb.

Qeyd edək ki, bu xəbəri ilk olaraq “unikal.org” saytı yayıb.

Xəbər xətti